• $ 1.7
  • € 1.9326
  • ₽ 2.04
  • ₺ 0.0447
  • £ 2.2282

Bıçaqlanan məktəbli əməliyyat olunacaq - Yenilənib

Bıçaqlanan məktəbli əməliyyat olunacaq - Yenilənib
04.12.2024 18:17
Bu gün məktəbdə kəsici alətlə xəsarət yetirilən şagirdin əməliyyat olunması planlaşdırılır. Bunu anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 
 
 
"4 dekabr 2024-cü il tarixində 15 yaşlı şəxs (kişi cinsli) hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Yanaşı xəstəlikləri nəzərə alınaraq Travmatologiya şöbəsinə köçürülüb. Müvafiq müayinə və analizlərdən sonra əməliyyata alınması planlaşdırılır. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir. 
 
 
17:32
 
Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb. Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 
15:42
Bu gün Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib. Bu barədə Bakı Təhsil İdarəsindən bildirilib. 
 
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
 
Bu gün adıçəkilən məktəbdə 10-cu sinif şagirdinin bıçaqlanması ilə bağlı mətbuatda məlumat paylaşılıb. Bildirilib ki, şagird  başından, döş qəfəsindən və əlindən xəsarətlər alıb. Onun vəziyyəti ilə bağlı açıqlama verilməyib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol