Bakıda 10 yaşlı qızı 9-cu mərtəbədən atdılar

23:18 | 14.09.2017
Bakıda 10 yaşlı qızı 9-cu mərtəbədən atdılar

Bakıda 10 yaşlı qızı 9-cu mərtəbədən atdılar

Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.

"Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.

10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar. Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub.

Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu bir adam yoxdur.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM