"2016-cı ildə Azərbaycanda 15 minə yaxın mənzil, 12 mindən çox fərdi yaşayış evi istifadəyə verilib".
Anews.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktorunun müavini Sadıq Sadıqov bildirib.
Onun sözlərinə görə, ölkənin inşaat sektorunda 100 minə yaxın işçi çalışır.
"Təkcə Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir. 1843 ailəni yeni mənzillə təmin edəcək MİDA-nın Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir və 2018-ci ilin yayında təhvil verilməsi planlaşdırılır. Kompleksin tikintisində 20-dən artıq şirkət podratçı qismində iştirak edir. Tikintiyə ümumilikdə 3500-ə yaxın işçi cəlb olunub. Agentliyin hazırda layihələndirmə mərhələsində olan yeni yaşayış kompleksi 3000 mənzildən ibarət olacaq", - deyə qurum rəsmisi vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !