Bakıda 11 sinifdə müəllim sertfikasiya imtahanında 15 bal toplayıb

11:49 | 11.09.2023
Bakıda 11 sinifdə müəllim sertfikasiya imtahanında 15 bal toplayıb

Bakıda 11 sinifdə müəllim sertfikasiya imtahanında 15 bal toplayıb

Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 11 sinif müəlliminin serrfikasıya imtahanında nəticəsi 15 bal olub. Bunu Bakı Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva deyib.
 
O bildirib ki, 422 sinif müəlliminin göstəriciləri 30-50 bal arasında dəyişib.

1761 sinifdə müəllimlərin göstəriciləri 50-70 bal arasında dəyişib. 70-100 bal arası bal toplayan müəllim isə 50 sinifdə qeyd alınıb.
 
İyunun 20-dən başlayaraq ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 
 
Sertfikasiya 23 imtahan mərkəzində keçirilib. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunub. 
 
Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
 
İmtahanda minumum bal 50, maksimum bal isə 60 bal nəzərdə tutulub.
 
Gülnar 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM