Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı - VİDEO

11:41 | 02.05.2019
Bakıda 12 avtomobili əzən

Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı - VİDEO

Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.

Anews.az Trend-ə istinadla verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM