Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb

22:40 | 17.05.2017
Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb

Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb

Onlardan 2 211 nəfəri isə işsizliyə görə müavinət alır.

Bu il may ayının birinə olan məlumata görə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.

"Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 854 nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib. Rəsmi işsizlərin 5 495 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.

İşsizlik statusu alanlardan 16 411 nəfəri məhz Bakının payına düşür. Onlardan 2 211 nəfəri isə işsizliyə görə müavinət alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM