Bakıda 215 məktəbdə STEAM layihəsi tətbiq edilir

14:53 | 24.12.2024
Bakıda 215 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakıda 215 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakının 215 məktəbində STEAM layihəsi tətbiq edilir. Bu barədə Bakı Təhsil İdarəsindən bildirilib. 
 
STEAM layihəsi ümumilikdə 6 043 sinif olmaqla 168 530 şagirdi əhatə edir.  
 
Bundan əvvəl elm və təhsil naziri Emən Əmrullayev bildirib ki, 2025-ci il STEAM layihəsi üçün dövlət büdcəsindən 5,7 milyon manat ayrılması nəzərdə tutulur.
 
"Rəqəmsal biliklərin artırılması və proqramlaşdırma üçün növbəti il də əhatəliyin artırılması nəzərdə tutulur. Təhsil sisteminin informasiyalaşdırılması istiqamətində hər il məktəblərin komputerlə təmin olunması üçün işlər aparılır. Növbəti il bu məqsədlə 40 milyon manatın ayrılması nəzərdə tutulur. Hazırda ölkə üzrə hər doqquz uşağa bir komputer düşür. 2026-ci ilin sonuna bu rəqəm 1,6 olmasıı nəzərdə tutulur", - nazir bildirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM