Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb - yay mövsümü girəndən

15:40 | 13.07.2017
Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb - yay mövsümü girəndən

Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb - yay mövsümü girəndən

Bakıda yay mövsümü başlayandan - iyunun 1-dən indiyə qədər günvurma ilə əlaqədar 25 nəfər həlimə müraciət edib.

anews.az-ın məlumatına görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva Trend-ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib.

Günvurma ilə bağlı müraciət edənlərin 20-si böyük, 5-i uşaq olub. Böyüklərin 6-sı, uşaqların isə 2-si xəstəxanaya yerləşdirilib. İndiyədək günvurma hadisəsindən ölüm hadisəsi baş verməyib.

B.Quliyeva əlavə edib ki, iyunun 1-dən indiyədək 26 nəfər ilan sancma ilə əlaqədar BTTTYS-yə müraciət edib. Onların 25-i xəstəxanaya yerləşdirilib, 1-nə isə hadisə yerində yardım göstərilib. Xəstəxanaya yerləşdirilən xəstələrin 2-si uşaq olub.

B.Quliyeva bildirib ki, ilan sancmaları ilə bağlı müraciətlər daha çox Bakıətrafı ərazilərdən – Pirşağı, Türkan, Maştağadan daxil olub. Müraciət edənləri ilan əsasən, özlərinin həyətyanı sahələrində sancıb. İlan sancmalardan ölüm halları baş verməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM