Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Hədiyyə Yusibovanı yolu keçərəkən minik avtomobili vurub.
Hadisə yerinə təcili yardım briqadası cəlb edilsə də, ağır xəsarət alan qadını xilas etmək mümkün olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !