Paytaxtda bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

16:09 | 01.02.2025
Paytaxtda bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtda bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə AYNA-dan bildirilib.

Məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM