Qurumdan bildirilib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.
"Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır", - qurumdan deyilib.
Rəsmi məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.
***********
Bakıda 90 yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məlumat yayılıb, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır.
İddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib. Kadrlardan görünür ki, qadın döşəməni silməyə məcbur edilir, soyuducudan götürdüyü əşyalarla bağlı ona kobud formada irad bildirilir.
Bakının Buzovna qəsəbəsində lentə alındığı deyilən görüntülərlə bağlı Daxili İşlər Nazirliyi bildirilib ki, həmin video ilə əlaqədar artıq araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !