Bakıda AA 707 nömrəli "Jeep" piyadanı keçiddə vurdu

15:23 | 17.10.2017
Bakıda AA 707 nömrəli

Bakıda AA 707 nömrəli "Jeep" piyadanı keçiddə vurdu

20 yaşlı qız başından ağır xəsarət alıb, sürücü onu xəstəxanaya aparıb.

Bu gün saat 11.25 radələrində Bakıda daha bir piyadavurma hadisəsi baş verib.
 
Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalə, 90 AA 707 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib. Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyi ilə sürücü yaralını maşına qoyaraq xəstəxanaya aparıb. Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Jeep"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən maşınların dayandığını gördükdə maşını dayandıra bilməyib. Qarşıdakı maşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM