• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Bakıda ağaclara ev tikdilər - FOTOLAR

Bakıda ağaclara ev tikdilər - FOTOLAR
17.11.2015 13:00
Qışın soyuq nəfəsi duyulduqca, ağaclar sarı yarpaqlarını özlərindən kənarlaşdırdıqca, yeri göylərin suları yuduqca və bütün canlılar üşüdükcə, mühafizə, qoruma hissi də oyanır. İnsanlar paltarlarını qalınlaşdırır ki, xəstələnməsin, heyvanlar tük örtüklərini çoxaldır ki, şaxtalı-boranlı günlərdən sağ-salamat yaza qala bilsinlər. Ağaclara gəldikdə isə, təbiət onları elə yaradıb ki, onlar iqlimə uyğunlaşır, uzun illər küləyə də, qara da sinə gərib "yaşaya" bilir.

Paytaxt Bakının gözəlliyinin artırılması məqsədilə isti ölkələrdən subtropok bitkilər gətirilib. Bizim iqlimə uyğun olmayan bu bitkilər bəs necə mühafizə olunur?

ANN.Az-ın fotomüxbiri bugünlərdə Milli Parkda olub və subtropik bitkilərin necə mühafizə olunması ilə maraqlanıb. Aydın olub ki, payız fəsli girəndən bulvardakı subtropik ağaclara dəmirdən hasar çəkilib və şaxta, qar öncəsi həmin hasarlar şüşə ilə üzlənəcək. Ağaclara bu cür ev tikməklə isti ölkələrin bitkiləri Azərbaycanın qışından mühafizə olunacaqlar. 

Fotoların müəllifi Fərqanə Novruzovadır

 
 
































 
 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
17:45
"Yaradıcı gənclərə dəstək olaq!" - FOTOLAR
Sumqayıtın girişində ağacların qətliamı - FOTOLAR
11:42
Sumqayıtın girişində ağacların qətliamı - FOTOLAR
Bakıda ağaclara ev tikdilər - FOTOLAR
13:00
Bakıda ağaclara ev tikdilər - FOTOLAR
Gündəlik həyatda insan emosiyaları - FOTOLAR
09:24
Gündəlik həyatda insan emosiyaları - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol