Bakıda Zamin Salayevin həbsi ilə bağlı aksiya keçirilib - FOTO

17:00 | 24.01.2020
Bakıda Zamin Salayevin həbsi ilə bağlı aksiya keçirilib - FOTO

Bakıda Zamin Salayevin həbsi ilə bağlı aksiya keçirilib - FOTO

Yanvarın 24-də bir qrup AXCP üzvü Bakının Nizami küçəsində etiraz aksiyası keçiriblər.
 
Anews.az xəbər verir ki, aksiya iştirakçıları yanvarın 12-də polisə müqavimətdə ittiham olunaraq 30 gün müddətinə həbs edilən AXCP üzvü Zamin Salayevin həbsinə və həbs edildikdən sonra polis bölməsində işgəncələrə məruz qalmasına etiraz ediblər.  
 
Aksiya iştirakçıları Zamin Salayevin  Salyanda Həmzə Əzizov adlı polis əməkdaşının 21 yaşlı qıza təcavüz etməsi ilə bağlı iddialar irəli sürdüyü üçün tutulduğunu bildirib. 

Təşkil edilən aksiyanın qarşısı polis tərəfindən alınıb.
 
Daxili İşlər Nazirliyi isə bildirir ki, Zamin Salayevin həbsi siyasi xarakter daşımır və ona nə həbs zamanı, nə də saxlanma yerində işgəncə verilməyib.  
 
Tural Türksoy




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb