Bakıda ana qızını bıçaqladı

11:27 | 22.07.2017
Bakıda ana qızını bıçaqladı

Bakıda ana qızını bıçaqladı

Bakının Xəzər rayonunda ana gənc qızını bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Qala qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Həmidova Cəmalə Nizami qızı yaşadığı evdə anası ilə mübahisə edib.
Nəticədə o, anası tərəfindən bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisənin dəqiq səbəbləri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM