Bakıda aptekdəki oğurluq kameraya düşdü

15:36 | 12.06.2019
Bakıda aptekdə oğurluq anı kameralara düşüb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 11-i axşam saatlarında Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən aptekdə baş verib.

Aptekə daxil olan orta yaşlı kişi müştərilərin azlığından istifadə edərək bir neçə məhsulu əlində gətirdiyi paketə qoyaraq aptekdən çıxıb. Bir neçə dəqiqə sonra təkrar qayıdaraq yenə də oğurluğa davam edib.
loading...