Bakıda "Arsenal" və "Çelsi" azarkeşləri arasında kütləvi dava

09:36 | 29.05.2019
Bakıda

Bakıda "Arsenal" və "Çelsi" azarkeşləri arasında kütləvi dava

Bakıda Avropa Liqasının final oyunundan əvvəl "Arsenal" və "Çelsi"nin bir qrup azarkeşi arasında dava olub.

Anews.az-ın Report-a istinadən məlumatına görə, insident "Torqovı"dakı pivəxanaların birində baş verib.Nəticədə "Arsenal"ın 54 yaşlı azarkeşi Qroqeri Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM