Bakıda ata övladını xilas etmək üçün öz həyatını riskə atdı - xəstəxanalıq oldu

08:59 | 27.01.2021
Bakıda ata övladını xilas etmək üçün öz həyatını riskə atdı - xəstəxanalıq oldu

Bakıda ata övladını xilas etmək üçün öz həyatını riskə atdı - xəstəxanalıq oldu

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində poçt mərkəzinin qarşısında baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Əhmədov Akaş Rəfael oğlu azyaşlı övladı ilə birgə yolu keçərkən onun övladı qəfil şosseyə çıxıb.

Ata öz övladını qorumaq üçün avtomobilin qarşısına qaçıb.

Nəticədə A.Əhmədovu maşın vurub. O, sol baldır sümüyünün sınığı diaqnozu ilə Travmatolpgiya İnstutuna yerləşdirilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM