Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
*****
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə 2 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Hadisə nəticəsində xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
****
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
*****
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
*****
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.
Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !