Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.
"Qafqazinfo” Report-a istinadən xəbər verir ki, insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado” markalı avtomobili izləyib.
Qara Qarayev prospekti, "Ruslan 93” idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Rəis müavini O.Axundzadə yaralanıb.
Şübhəli şəxslər polislərlə atışmadan sonra ərazidən qaça biliblər.
İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.
DİN sözçüsü E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:
"Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !