Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR

13:25 | 20.12.2023
Bakıda

Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR

Bakıda İçərişəhər "Mədinə Qalereyası"nda "FantazEU 2023" festivalı çərçivəsində "Avropanın rəngləri" sərgisi  təşkil edilib.
 
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə   təşkil olunan sərgidə xanım rəssamların  Avropa dəyərlərini əks etdirən rəsm əsərləri nümayiş etdirilir.
 
Sərgidə Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəki də daxil olmaqla, ölkənin müxtəlif bölgələrindən olan rəssamların işləri nümayiş etdirilir. 

Sərginin açılışında Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, həmçinin Aİ ölkələrinin diplomatik missiyalarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, "FantazEU 2023" festivalı Avropanın mədəni irsini nümayiş etdirən illik ənənəyə çevrilib.

Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq mədəniyyət və incəsənət əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

"Mədəniyyət sahəsində əməkdaşlıq həm də Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlığın bir hissəsi olaraq əhəmiyyətlidir", deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, bu tədbir təkcə incəsənət və yaradıcılıq barədə deyil, məqsəd qadınların səlahiyyətlərini artırmaq, bacarıqlarını inkişaf etdirmək və daha inkluziv mədəniyyət səhnəsi yaratmaqdır.

"İncəsənət insanları bir araya gətirən unikal metoddur və bugünki sərgi bunun mükəmməl nümunəsidir", deyə o bildirib.

 Səfir həmçinin bildirib ki, sərgi xüsusən Azərbaycan qadınlarının Avropanı necə gördüyünü daha yaxından tanımağa şərait yaradacaq.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM