Bakıda avtobus dayanacağında qanunsuz quraşdırılmış yol nişanı aşkarlanıb

18:20 | 10.07.2017
Bakıda avtobus dayanacağında qanunsuz quraşdırılmış yol nişanı aşkarlanıb

Bakıda avtobus dayanacağında qanunsuz quraşdırılmış yol nişanı aşkarlanıb

Bu cür addıma görə cərimənin tətbiq edilməsi gözlənilir.

Bakı şəhərinin yollarında qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi işləri çərçivəsində bu gün Yasamal rayonu, Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanın qoyulduğu aşkar edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib.

"Yol hərəkəti haqqında" qanunun müvafiq maddəsinin tələbinə əsasən, Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, BNA tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək", - deyə xəbərdə qeyd olunub.

İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1 500-2 000 manat məbləğdə cərimə edilir", - deyə BNA-dan bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM