Bakıda 91 saylı marşrut avtobusunda insident baş verib.
Buta.media-nın məlumatına görə, AzNews.az xəbər verir ki, dünən axşam saatlarında Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı avtobusda münaqişə yaşanıb.
Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib.
Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin birbaşa sürücünün üstünə yeriyərək təpikləməyə başlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !