Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 08:00 radələrində Aeroport yolunda qeydə alınıb.
"Nissan” markalı avtomobil yolla hərəkət edən və kimliyi hələlik məlum olmayan 30-35 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !