Bakıda avtomobillərdən mobil telefon, pul və digər qiymətli əşyalar oğurlayan dəstənin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, paytaxt sakinlərindən biri DİN-in "102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Yasamal rayonu A.Şərifzadə küçəsində ona məxsus "VAZ 2107” markalı avtomobildən naməlum şəraitdə bir ədəd mobil telefon oğurlanıb.
Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ramil Quliyev və Ceyhun Məmmədov saxlanılıblar.
Saxlanılan şəxslər barəsində həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən, metro çıxışlarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları məlum olub.
Qeyd edilən faktlarla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !