Nizami rayonunda yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yanğın Mikayıl Əliyev küçəsindəki "Avtopro” avtomobil salonunda baş verib.
İlkin məlumata görə, elektrik naqillərindən biri qırılaraq "Mercedes” markalı avtomobilin üzərinə düşüb.
Nəticədə nəqliyyat vasitəsi yanıb. Yanğın söndürülüb, digər avtomobillər isə alovdan mühafizə olunub.
Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !