Bakıda Aydan Bünyatovanın fərdi sərgisi açılıb – REPORTAJ

15:23 | 25.04.2016
Bakıda Aydan Bünyatovanın fərdi sərgisi açılıb – REPORTAJ

Bakıda Aydan Bünyatovanın fərdi sərgisi açılıb – REPORTAJ

Rüstəm Qasımov

Bir neçə gün əvvəl paytaxtın "Qız qalası” qalereyasında gənc və istedadlı azərbaycanlı rəssam Aydan Bünyatovanın orijinal "Bax belə” adlı fərdi sərgisi açılıb. 

Paytaxtımızda fərdi sərgilərin, mədəni tədbirlərin artıq adət aldığını nəzərə alsaq, Aydan xanımın fərdi sərgisi də müəyyən mənada əlamətdar idi. Ola bilsin, Aydanın nikbin ovqatı, həyatsevərlilik və istedadı ona belə maraqlı rəsm seriyası yaratmağa imkan verib. Əvvəlcədən deyim ki, açılış gecəsi əsl anşlaq idi. Sərginin açılışına çox sayda qonaq və mətbuat nümayəndələri gəlmişdi. 

Sərginin açılışında ilk çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq artisti Səlhəb Məmmədov oldu. O, gənc rəssamı fərdi sərgi münasibətiylə təbrik etdi və onun gənc yaşına baxmayaraq, çox ustaca işlər ortaya qoyduğunu bildirdi: "Aydan cəmi bir neçə rəngdən istifadə etməklə, çox gözəl rəsm əsəri ortaya çıxara bilər, bu, onun təkcə öz işinin ustası olduğunu yox, həmçinin perspektivli olduğunu göstərir”. 

Bundan sonra, Səlhəb müəllim mikrofonu tanınmış azərbaycanlı rəssam, "EmArt studio” təsviri sənətlər studiyasının təsisçisi Emin Qəhrəmonova verdi. Aydan məhz bu studiyada Zöhrab Cabbarovun müşayiətiylə təsviri sənətin incəliklərini öyrənib. "Mən Aydanın böyük gələcəyinin olduğuna şübhə etməmişəm. Bu təkcə onun istdadı ilə bağlı deyil, həmçinin inadkarlığı, zəhmətkeşliyi və öz işinə bağlılığı ilə əlaqədardır, bu isə çox şey deməkdir” – Emin Qəhrəmanova açıqlamasında bildirdi və səbəbkarı ilk fərdi sərgisi münasibətiylə təbrik etdi. 

Emin Qəhrəmanov ANN.Az-a açıqlamasında Aydanın yaradıcılığı barədə fikirlərini bölüşdü: "Aydanın güclü tərəfi odur ki, o daim öz üzərində işləyir və başqalarını kopyalamadan, öz üslubunu, öz imzasını tapmağa çalışır, ona görə də onun işləri digərlərindən fərqlənir. O hər zaman yaradıcı axtarışdadır. Aydan modern-eskpressionizm janrında şəkillər çəkir. Aydanın digər güclü tərəfi isə onun işlərini təkrarlamağa çalışmaması, yeniliyə, maraqlılığa, orijinallığa can atmasıdır. Mən qəti əminəm ki, onun gələn sərgisində bu işləri görməyəcəyik. O, əvvəlkindən fərqlənən nəsə maraqlı bir şey ortaya çıxaracaq”.

ANN.Az fərdi sərginin səbəbkarı, Aydan Bünyatovanın özüylə də söhbətləşməyə müvəffəq oldu, rəssamın sözlərinə görə, rəsm işiylə 5 ildir məşğul olur. Aydan xanım bildirdi ki, onun işlərinin böyük əksəriyyətini portret rəsmləri təşkil etsə də, o özünü portrestist adlandırmaqdan çəkinir: 

"İlk fərdi sərgimdə mən 3 ayda çəkilmiş 25 iş nümayiş etdirirəm. Portret seriyasına daxil olan personajlar öz emosionallıqları ilə fərqlənirlər, çünki mən əminəm ki, gözlər insan qəlbimin aynasıdır, insanın danışğındansa, gözlərindən çox şey öyrənmək olar. Məni Bob Marley çox cəlb edir, ona görə də ona bütöv rəsm seriyası həsr olunub. Təhsilimə gəldikdə is, mən orta məktəbi incəsənət gimnaziyasında oxumuşam, 2013-cü ildə isə Xəzər universitetinin biznesin idarə edilməsi itisasını bitirmişəm. Həmin il isə Londonun incəsənət gimnaziyasına daxil olmuşam, 2015-ci ildə buranı əla qiymətlərlə, 12 disiplin üzrə sertifikat almışam”.
  
Bünyatova qeyd etdi ki, Londonda təhsil alması ona rənglər və tonlar məsələsini ayırd etməkdə çox faydalı olub, həmçinin qazandığı təhsili işinə əks etdirməyə kömək edib. 

"Britaniyada mən akrilə başqa tərəfdən baxmağa başladım, baxmayaraq ki, əvvəllər daha çox yağlı boyadan istifadə edirdim. Eksperiment etməkdən xoşum gəlir, akril isə mənə fantaziyamın sərhədlərii müəyyənləşdirməkdə çox kömək edir. Bu boya kətana çəkdikdən sonra öz rəngini dəyişir. Bu gün mən akrildə və yağlı boyada çəkirəm. Gələcək barədə planım təkcə Azərbaycanda deyil, ölkə xarixində də sərgilənməkdir” – Bünyatova bildirdi.  

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət tədbirlərindən reportajlar təqdim etməkdə davam edir. Bu dəfə oxucularımıza Aydan Bünyatovanın fərdi sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 



























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM