2023-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında əmtəə dövriyyəsi 530 milyon dollar təşkil edib. Bu barədə Azərbaycan və Qazaxıstan səfirlərinin və sahibkarların iştirak etdiyi i Azərbaycan-Qazaxıstan iş şurasının iclası nda bildirilib.
"Azərbaycan ilə Qazaxıstan arasında 2023-cü ildəəmtəə dövriyyəsi rekord səviyyəyə çatıb və 530 milyon dollar təşkil edib. Amma ölkələr arasında dövriyyə daha çox ola bilər. İndiki rəqəm mövcud potensialı əks etdirmir", - Azərbaycan iqtisadiyyat mnazirinin müavini Samir Vəliyev bildirib.
Nəqliyyat daşımaları məsələsinə toxunan Qazaxıstan Nəqliyyat nazirinin müavini Satjan Ablalıyev, 2023-cü ildə Trans -Caspian beynəlxalq nəqliyyat marşrutu vasitəsilə 840 min tona qədər yükün daşındığını bildirib.
"2024-cü ilin yanvarında nəqliyyat vasitəsilə daşımalar 2,5 dəfə artaraq 374 min tona çaıbı. Bundan əlavə, Çin konteynerlərinin daşınmasında əhəmiyyətli bir artım var. Belə ki, bu ilin yanvarında daşımalara 3 dəfə artaraq 2,9 min konteyner təşkil edib", - Ablalıyev deyib.
Azərbaycanın kiçik və orta biznes (KOBİA) İnkişafı üzrə Agentliyin İdarə Heyətinin sədri Oxran Məmmədov xarici investorların Azərbaycana cəlb olunmasında maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı Qazaxıstan "Atameken" Milli Sahibkarlar Palatası ilə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyası arasında anlaşma memorandumu da imzalanıb.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !