Anews.az xəbər verir ki, 6 – 9 iyunda baş tutacaq yarışda 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış Bakı İdman Sarayında olacaq.
Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq "Azerbaijan International” turnirində 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanı turnirdə 20 badmintonçu təmsil edəcək. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas referilər arasında yerli hakimləri – Fidan və Gülcənnət Hüseynli bacıları da var.(report)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !