• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakıda baxımsız qalan 15 günlük körpə xilas edilib - Yenilənib

Bakıda baxımsız qalan 15 günlük körpə xilas edilib - Yenilənib
15.07.2024 18:55
Bakıda iaşə obyektində köməksiz vəziyyətdə olan ana və 15 günlük körpəsi xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı Şərifova Səbinə Fazil qızı və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

Ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər. Ana və körpəsi polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib.
 
Hazırda Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 18:15
 
Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib.Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyəti qurumlarla birlikdə araşdırılıb. Məlum olub ki, körpə valideynlərinin diqqətsizliyi səbəbindən baxımsız vəziyyətdə qalıb.

Araşdırmalar davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol