Bakıda bayram yarmarkaları başladı

12:11 | 10.03.2017
Bakıda bayram yarmarkaları başladı

Bakıda bayram yarmarkaları başladı

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: "Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb".

Ə.Bağırov bildirib ki, yarmarka çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "28 May", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında qurulub: "Ehtiyac olacağı təqdirdə bayram ərəfəsində çadırların sayı artırılacaq".

Qeyd edək ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM