Bakıda baş vermiş qəza anı kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda baş verib.Sol zolaqla hərəkət edən "Subaru” markalı avtomobil qəza işıqlarını yandırıb və asta sürətlə hərəkət edib. Bu zaman "Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq, ona yaxınlaşıb və irad bildirib.
Elə bu anda arxadan gələn "Hyundai” markalı avtomobil "Subaru”ya dəyib. Zərbənin gücündən "Subaru” "Toyota”ya çırpılıb. Digər avtomobil isə "Toyota”ya dəyib. Bütün bu hadisələrin fonunda beşinci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !