Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

10:26 | 25.04.2022
Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

29 aprel-2 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Tədbirlər Beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilir.
 
2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində "Beynəlxalq Caz Günü” qeyd olunur.

Keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulub və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb