Tədbir gələn ilin avqustun 28-31-də keçiriləcək
Gələn ilin avqustun 28-31-də Bakıda Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) I Avrasiya konfransı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Birliyin prezidenti Gürkan Kumbaroğlu Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bakı bizim üçün önəmlidir. Bunun da iki səbəbi var. Biri, Boğaziçi Universiteti Öyretim üzvü və Türkiyədəki Eneji İqtisadiyyatı Dərnəyi rəhbəri olaraq mənim 2015-ci il yanvarın 1-dən bu çox önəmli Birliyin rəhbəri seçilməm, dolayısı ilə qardaş ölkəyə də töhfə vermək cəhdidir. Digəri Azərbaycanın dünya enerji sektorunun çox böyük güclərindən biri olmasıdır. Bu gücə qarşı 2012-ci ildən etibarən Bakıdakı beynəlxalq böyük tədbirləri nəzərdən keçirdikdə bu cədvəldə enerji mövzulu tədbir olmadığını heyrətlə qarşıladıq. IAEE olaraq 2016-cı ildə böyük bir tədbirə imza atmaq üçün sürətlə hazırlığa başladıq. Bu çərçivədə ilk Avrasiya konfransını avqustun 28-31-də Bakıda keçirəcəyik", - deyə G.Kumbaroğlu bildirib.
O qeyd edib ki, konfransda müxtəlif ölkələrin iş adamları, alimləri bir araya gələcək və gələcəyin enerji siyasətini formalaşdıracaqlar. Onun sözlərinə görə, konfransın proqramı Azərbaycanın ADA Universiteti, Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Naziriyi ilə birgə hazırlanır.
"Konfransda təkcə Azərbaycanın deyil, Avrasiya bölgəsinin problemləri müzakirə olunacaq. Əsasən neft və qaz məslələri önə çəkiıəcək", - deyə IAEE prezidenti qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !