Bakıda beynəlxalq yarışın təsnifat mərhələsi keçirilir

12:35 | 21.05.2021
Bakıda beynəlxalq yarışın təsnifat mərhələsi keçirilir

Bakıda beynəlxalq yarışın təsnifat mərhələsi keçirilir

Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları start götürüb.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasındakı turnirin ilk günündə təsnifat, mayın 23-də isə final mərhələsi olacaq.

9-cu belə yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Yarışda 12 - 14 və 15 - 17 yaş qruplarında gimnastlar mübarizə aparır. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər.

Bununla yanaşı, 15 - 17 yaşlı idmançılar aero dans proqramında da qüvvələrini sınayacaq.

Mayın 23-dək davam edəcək turnirdə Azərbaycanı Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcək.

2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutub. Mayın əvvəlində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku gerçəkləşib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM