Bakıda bir küçədə iki evi yardılar

15:00 | 20.03.2017
Bakıda bir küçədə iki evi yardılar

Bakıda bir küçədə iki evi yardılar

Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19100 manatlıq oğurluq edilib.

ANN.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM