Bakıda boğazı kəsilən avtoritet "Emin 444"ün görüntüləri yayıldı - FOTO

14:29 | 10.05.2019
Bakıda boğazı kəsilən avtoritet

Bakıda boğazı kəsilən avtoritet "Emin 444"ün görüntüləri yayıldı - FOTO

Bakının Binəqədi rayonunda dava zamanı avtomobilində qətlə yetirilən  Səfərov Emin Ehtiram oğlu   ("Emin 444") krminal aləmin üzvü olub.

Buta.media Unikal.org-a istinadənxəbər verir ki,  qətlə yetirilən Səfərov Emin Ehtiram oğlu ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, "BMW X5” markalı 99 XE 444 nömrəli avtomobili Emin Səfərov öz adında olub. 

O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunub.

Qətlə yetirilən Emin Səfərov "Qəbələ” idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvü olmuş "Ziko” ləqəbi ilə tanınan Ziyadxan Sədiyevin yaxın dostu olub. 

Xatırladaq ki, "Ziko" ləqəbli idmançı 2017-ci ildə Binəqədidə yerləşən "Marafon” idman zalında dostlarıyla birlikdə hücum edərək dava salmışdı. Bu davaya MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyevin özü arasında mübahisə səbəb olmuşdu. Bundan sonra "Ziko" dostlarıyla birlikdə həbs olunmuşdu.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM