Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü Yerevanda medal qazanıbmış

12:26 | 12.09.2019
Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.
Oxu.Az-ın araşdırmasına görə, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.

O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, həmin yarışda bürünc medal qazanıb.

www.anews.az
loading...

Xəbər lenti