Bakıda şəhərdaxili avtobuslardan biri qapısı açıq şəkildə hərəkət edir.
"Xəzərxəbər”in verdiyi məlumata görə, ən dəhşətlisi isə odur ki, bir neçə şagird qapıdan sallanaraq gedir. Ani bir diqqətsizlik məktəblilərin yıxılaraq avtobusun altında qalması ilə nəticələnə bilər.
Görüntülər "Koroğlu” metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda baş verib.
99 JH 483 dövlət nömrə nişanlı məhz həmin avtobusun sürücüsü özünə haqq qazandıraraq deyib ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.
Marşrut xəttinin Namiq adlı rəsmisi bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !