Metronun "Azadlıq" stansiyasından Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətinə hərəkət edən 108 b saylı marşrut avtobuslarının bəzilərinin salonlarındakı oturacaqlar çıxarılıb. Odur ki, sərnişinlər məcburən mənzil başına ayaq üstə getməli olurlar. Avtobusda olan sərnişinlərdən biri oturacaqların vəziyyəti ilə bağlı foto çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.Fotodan aydın görünür ki, avtobusun salonunda olan oturacaqların bir qismi çıxarılıb. Elə buna görə də sərnişinlər ayaq üstə getməli olurlar.
Avtobusun salonunda çəkiliş edən zaman isə bundan daha da pis vəziyyətlə qarşılaşdıq.Bəzi avtobusların salonlarında oturacaqlar qoyulmağına baxmayaraq dayaqlarına bərkidilməyib. Bu isə sərnişinlər üçün çətinlik yaradır. Sərninşinlərin sözlərinə görə, problem tək bununla yekunlaşmır.
Xəqani Mirzəyev onu da bildirib ki, yaxın vaxtlarda avtobusların da yenilənməsi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !