anews.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 1,2 faiz dəyər itirib.
Qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, xidmətlər üzrə qiymətlər 0,4 faiz bahalaşıb.
2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında "Ət məhsulları” qrupu 0,7 faiz, "Yağ və piylər” qrupu 0,7 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,2 faiz bahalaşma nümayiş etdirib.
Ümumiyyətlə ərzaq məhsulları, içkilər, tütün 2017-ci ilin yanvar-iyul aylarına ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz dəyər qazanıb. Xidmətlər üzrə artım illik əsasda 10,3 faiz olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !