Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz WiFi xidmətinin əhatə zonasına daxil ediləcək. Bu barədə İstiPress-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda "İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !