Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən sanitar tədbirlərdə kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı, paytaxt sakinləri, sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.
Gün ərzində həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.
Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !