Bakıda bu universitetdə tələbələr imtahana niyə buraxılmır? - SƏBƏB - AÇIQLAMA

16:48 | 18.01.2023
Bakıda bu universitetdə tələbələr imtahana niyə buraxılmır? - SƏBƏB - AÇIQLAMA

Bakıda bu universitetdə tələbələr imtahana niyə buraxılmır? - SƏBƏB - AÇIQLAMA

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqqını tam ödəmədiyi halda imtahanlara buraxılmayacağı bildirilir. Bu barədə universitetin tələbələrindən şikayət daxil olub. 

Tələbələr bildirir ki, onlar hər il universitetə təhsil haqqının yarısını ilin birinci yarısında, digər yarısını isə ikinci yarıda ödəyiblər. Lakin bu il, universitet təhsil haqqının hamısını ilin birinci yarısında ödəməyi tələb edib. Əks halda imtahana buraxılmayacaqları deyilib.
 
Onlar deyir ki, təhsil haqqını tam ödəməyə hazırda onların maddi imkanları çatmır və məsələ ilə bağlı onlara gec məlumat verilib.
 
Tələbələrin sözlərinə görə, məsələ ilə bağlı fakültə dekanlığına, mühasibat şöbəsinə müraciət etsələr də, faydası olmayıb.  
 
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev məsələ ilə bağlı bildirir ki, universitetlərin nizamnaməsinə görə təhsil haqqı təhsil ilinin əvvəlində ödənilməlidir. Lakin sosial çətinliyi olan tələbələrə universitetin güzəştləri daxilində hissə-hissə ödəmək imkanı yaradılır. 
 
"Universitet tələbələrindən birinci semestr sonunda yalnız təhsil haqqının 50%-i tələb oluna bilər. Həmin tələbələrdən tam ödəniş tələbi olubsa, bu onlara yanlış informasiya verilməsindən, ya da tələbələrin özlərinin yanlış anlamasından qaynaqlana bilər. Təhsil haqqının 50%-ni ödəmiş tələbələrin imtahana buraxılmaması mümkün deyil. Əgər AzMİU-nun hanısa tələbəsi bunun əksi ilə qarşılaşıbsa,  müraciət etsinlər və araşdırılsın. Müraciət edən tələbənin kimliyi haqqında bizdə məlumat olmadığı üçün araşdırma imkanımız yoxdur". - Nicat Abdullayev bildirib.

Lida Abbaslı
 


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM