Bakıda çəkisi 6 kq olan uşaq doğulub

09:02 | 17.01.2025
Bakıda çəkisi 6 kq olan uşaq doğulub

Bakıda çəkisi 6 kq olan uşaq doğulub

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Bu barədə KTM-dan bildirilib. 
 
"Yanvarın 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur. Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir", - məlumatda deyilir. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM