Bakıda COP29-la bağlı toplantı keçirilir

10:03 | 19.06.2024
Bakıda COP29-la bağlı toplantı keçirilir

Bakıda COP29-la bağlı toplantı keçirilir

Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu ali səviyyəli toplantı keçirilir.
 
Ali səviyyəli toplantının məqsədi Bakıda keçiriləcək COP29-un uğurlu şəkildə baş tutması üçün müvafiq tərəflərin əməkdaşlığı üçün platformanın təmin olunmasıdır.

Üç gün davam edəcək toplantı çərçivəsində iqlim dəyişikliyi və onun nəticələrinin yumşaldılması, adaptasiya, dayanıqlılığın gücləndirilməsi, ərzaq təhlükəsizliyi, biomüxtəliflik, innovasiyalar və s. mövzularda yüksək səviyyəli qonaqların iştirakı ilə panel müzakirələri təşkil olunacaq.

Toplantının ilk iki günü Bakıda (19-20 iyun) sonuncu günü (21iyun) Zəngilanda təşkil olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti