Bakıda COVID-19-dan sağalan ukraynalı jurnalist heyrətini gizlədə bilmədi - VİDEO

16:55 | 04.04.2021
Bakıda COVID-19-dan sağalan ukraynalı jurnalist heyrətini gizlədə bilmədi - VİDEO

Bakıda COVID-19-dan sağalan ukraynalı jurnalist heyrətini gizlədə bilmədi - VİDEO

Ukraynanın tanınmış "5-ci kanal” televiziyası Yevgeniya Kitayeva adlı əməkdaşının Bakıda koronavirusdan müalicə olunaraq sağalması barədə süjet hazırlayıb.
"Qafqazinfo” xəbər verir ki, süjetdə qeyd olunub ki, Azərbaycanda ezamiyyətdə olan jurnalist özündə xəstəliyin yüngül simptomlarını hiss edib və onu dərhal xəstəxanaya yerləşdiriblər. O, iki həftəyə yaxın Bakıdakı yeni xəstəxanaların birində müalicə olunub.

Yevgeniyanın sözlərinə görə, azərbaycanlı həkimlərin koronavirusa yanaşması onu müsbət mənada heyrətləndirib. Çünki Azərbaycanda hətta yüngül simptomlu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM