Bakıda marketdən çörək almağa gedən qadını avtomobil vurub.
ANN.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində mağazadan çörək almaq üçün yolu keçən 1961-ci il təvəllüdlü Quliyeva Minayə Qasım qızını avtomobil vurub. M.Quliyeva ağır xəsarət alıb və huşunu itirib. Minik avtomobilinin sürücüsü yaralı qadını xəstəxanaya yerləşdirib.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !