Bakıda çörəyi ayaq altına atdılar

11:54 | 14.06.2018
Bakıda çörəyi ayaq altına atdılar

Bakıda çörəyi ayaq altına atdılar

"Biz çörəyin daşınması ilə deyil, istehsalı ilə məşğuluq”.

Anews.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında "Xırman” şirkətinin hüquqşünası Sahib Aslanov çörəklərin mağazalara minik avtomobillərinin ayaqaltı hissəsində daşınmasına münasibət bildirərkən deyib. O, şirkətin mülkiyyətində "Lada”, "Juqili” və s. kimi nəqliyyat vasitələrinin olmadığını bildirib:

"İstehsalat bazasına daxil olan nəqliyyat növlərinin hər biri gigiyena qaydalarına əməl olunan maşınlardır. Biz çörəyi ancaq o maşınlara təhvil veririk. Şirkətin mülkiyyətində "Lada”, "Juqili” və s. kimi nəqliyyat vasitələri yoxdur. Kimsə çörək alıb onu hansısa maşında daşıyırsa buna görə məsuliyyəti özü daşıyır”.

***

Bakıda çörəklərin gigiyena qaydalarına uyğun olmayan şəkildə daşınması faktı məlum olub.

Jurnalist Zülfiyyə Quliyeva sosial şəbəkədə bu faktla bağlı foto paylaşıb. Fotodan görünür ki, çörəklər mağazalara minik avtomobillərinin ayaqaltı hissəsində daşınır.

Jurnalist çörəkləri daşıyan minik avtomobilinin Binəqədi rayonunda "Xırman” şirkətinə məxsus olduğunu bildirib: "Görün biz necə çörək yeyirik... Binəqədidə "Xırman” çörək zavodu var. Ordan da məhəlləmizdəki marketlərə çörəyi pis gündə bir maşın daşıyır. Görəsən özünün ailəsi yeyirmi bu çörəkdən?!”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti