Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, 62 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Sabunçu qəs. – "Koroğlu” metro st. istiqamətində Heydər Əliyev prospekti – Atletlər kəndi – X.Rza küç. - nəqliyyat qovşağı – Z.Bünyadov pr. və sonra mövcud xətti ilə, əks istiqaməti də mövcud xətti ilə təşkil edilib.
70 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti "Neftçilər” metro st. – Q.Qarayev pr. – Ə.Vəliyev küç. – M.Abbasov küç. – M.Əliyev küç. – Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmin xətlə təşkil edilib.
92 nömrəli marşrutun xəttində 03.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Yeni Avtovağzal – Sumqayıt şossesi – Moskva pr. – A.Mustafayev küç. – Cavadxan küç. – "M.Əcəmi” metro st. və əks istiqaməti M.Əcəmi” metro st. - Cavadxan küç. – A.Məhərrəmov küç. və sonra mövcud xətti ilə təşkil edilib.
"Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Səbail rayonu sakinlərinin "Sədərək” ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair çoxsaylı müraciətlərini nəzərə alaraq hərəkət cədvəli "Sədərək” ticarət mərkəzi - Salyan şosesi - Bibiheybət məscidi - 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edib. 120 saylı marşrut xəttinin əks istiqaməti Ə.Yaqubov - Bibiheybət yolu - 20-ci sahə - Muxtarov küç. - Bibiheybət məsçidi - Salyan şosesi - "Sədərək” ticarət mərkəzidir.
Həmçinin, Lökbatan qəsəbəsi sakinlərinin də çoxsaylı müraciətləri nəzərə alınaraq 03.09.2015-ci il tarixdən etibarən 124 nömrəli marşrutun xəttində dəyişiklik edilərək avtobusların hərəkəti Lökbatan qəs. – Binə T/M – Lökbatan dairəsi – Salyan şosesi – 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə və əks istiqaməti Ə.Yaqubov küç. – Bibiheybət yolu – 20-ci sahə – Salyan şossesi – Lökbatan dairəsi – Binə T/M – Lökbatan qəs. olmaqla təşkil edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !